cümə axşamı, 21 avqust 2025

BİZİM FUTBOL

Şəhidin qardaşı qol vuraraq hərbi salam verib – VİDEO

08.12.2021 11:22 Oxundu 539


“Zirə-2” komandasında çıxış edən Vətən müharibəsi şəhidi İlqar Bürcəliyevin qardaşı Tamerlan Bürcəliyev “Neftçi-2”yə vurduğu qolu hərbi salamla qeyd edib.

"CEMPİON.AZ" xəbər verir ki, matç birinci divizionun 11-ci turunda keçirilib. Bürcəliyev komandasını önə çıxaran qolu vurduqdan sonra hərbi salam verib. O, bu jesti ilə şəhidləri yad edib. 
Həmin videoları sizə təqdim edirik.

Qeyd edək ki, İlqar Bürcəliyev “Zirə”nin keçmiş futbolçusu, Vətən müharibəsinin şəhididir. Ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təıtif edilib.