10.12.2021 11:42
590
590

Ötən gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub.
"CEMPİON.AZ" xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da qrupda son matçını keçirib. Qurban Qurbanovun komandası İsveçrədə “Bazel”lə həlledici matça çıxıb və 0:3 hesabı ilə uduzub. 2-ci dəqiqədə "Qarabağ"ın təmiz qolu qeydə alınmayıb. "Bazel" qrup lideri kimi birbaşa 1/8 finala yüksəlib. Qrupda 2-ci yeri tutan "Qarabağ" Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.
Konfrans Liqası
Qrup mərhələsi, 6-cı tur
H qrupu
00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) - 3:0
Qollar: Kabral, 33, 74, Kasami, 62,
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Bazel. “Sent Yakobs Park”
00:00."Omoniya" (Kipr) - "Kayrat" (Qazaxıstan) - 0:0