cümə axşamı, 21 avqust 2025

DİGƏR NÖVLƏR

Paris-2024 Yay Olimpiya Oyunlarının yeri müəyyənləşdi

14.12.2021 12:43 Oxundu 548

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin keçiriləcəyi yer dəqiqləşib.
"CEMPİON.AZ" xəbər verir ki, tədbir stadionda deyil, Sena çayında təşkil olunacaq. Komandaların nümayəndə heyətləri 160 qayığa yerləşdiriləcək. Bu qayıqlar Auqsterlits körpüsündən Yens körpüsünədək üzəcək. Mərasimi 600 mindən az olmayan sayda tamaşaçı izləyə biləcək.
Qeyd edək ki, açılış mərasimi 2024-cü il iyulun 26-da olacaq.