cümə axşamı, 21 avqust 2025

DİGƏR NÖVLƏR

Emin Əmrullayev Federasiya prezidenti seçildi

14.12.2021 16:14 Oxundu 697

Azərbaycan Basketbol Federasiyasında növbədən kənar hesabat-seçki konfransı keçirilib.

"CEMPİON.AZ" "report"a istinadla xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. Seçkidə Nadir Nəsibov uzun müddətdir tutduğu vəzifədən istefa verib. Onu təhsil naziri Emin Əmrullayev əvəzləyib.
Qeyd edək ki, Nadir Nəsibov 1999-cu ildən bu vəzifədə olub.