cümə axşamı, 15 may 2025

DİGƏR NÖVLƏR

"Golden State" "Nyu York"u məğlub etdi - Oyunçu rekordunu yenilədi

15.12.2021 10:43 Oxundu 462

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə "Qolden Steyt" komandası "Nyu York"u məğlub etməklə yanaşı, oyunçusu da öz hesabına rekord yazdırıb.

"CEMPİON.AZ" "ria.ru"ya istinadən xəbər verir ki, görüşün 105:96 (24:24, 23:24, 24:16, 34:32) ən həlləedici oyunçusu Stiven Karri olub. Belə ki, o, matçda beş-üç xallıq zərbə vuraraq komandasına 22 xal qazandırarıb. Bununla da Karri ikiqat NBA çempionu Rey Allenin liqa rekordunu qırıb. 
Xatırladaq ki, Allen 1300 oyunda 2973, Karri isə 789 oyunda 2977 xal toplayıb.
 
Digər görüşlərin nəticələri:
“Bruklin” - “Toronto” - 131: 129 (əlavə vaxt);
"Portlend" - "Feniks" - 107: 111 (əlavə vaxt)