cümə axşamı, 22 may 2025

DÜNYA FUTBOLU

Halkın qolu "Atletiko Mineyro"ya Braziliya kubokunu qazandırdı

16.12.2021 11:00 Oxundu 476

Braziliya Futbol Kubokunun finalında "Atletiko Mineyro" "Atletiko Paranaense"ni məğlub edib.

"CEMPİON.AZ" xəbər verir ki, görüş 2:1 hesabı ilə yekunlaşıb. "Atletiko Mineyro"da qolları Keno (25-ci dəqiqə) və
 Halk adı ilə məşhurlaşmış Qivanildo Vieyra de Sousa (76) vurub. Halkın atdığı top qələbənin təminatçısı olub. Uduzan komandada qolu Ceyderson (87) vurub.