şənbə, 17 may 2025

DÜNYA FUTBOLU

Dünyanın ən varlı futbolçusunun yeni klubu bəlli oldu

25.12.2021 12:27 Oxundu 632


Dünyanın ən zəngin futbolçusu Faiq Bolkiax komandasını dəyişib.
"CEMPİON.AZ"
xəbər verir ki, Bruney millisinin yarımmüdafiəçisi Tailandda çıxış edəcək. Portuqaliya klubu “Maritimo”nun müqaviləsinə xitam verdiyi 23 yaşlı oyunçu “Çonburi” ilə anlaşıb. “Sauthempton”, “Lester”, “Çelsi” kimi klublarda ümidləri doğrultmayan Bolkiaxı yeni komandası da “dünyanın ən zəngin futbolçusu” kimi təqdim edib.
Faiq Bolkiax Bruney sultanı Hassanal Bolkiaxın qardaşı oğludur. Sultan ailəsinin sərvəti 19 milyard dollara bərabərdir.