şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ”ın avrokuboku qazanmaq ehtimalı nə qədərdir?

28.12.2021 10:38 Oxundu 1219

Konfrans Liqasında turnirin qalibi olmaq üçün əmsallar açıqlanıb.
"CEMPİON.AZ"
xəbər verir ki, bukmekerlər yarışda mübarizəni davam etdirən 24 iştirakçısının şanslarını dəyərləndirib. Azərbaycan təmsilçisi “Qarabağ”ın da avrokubok qazanmaq ehtimalı bəlli olub. Bukmekerlər Qurban Qurbanovun komandasına güvənmirlər. Ağdam klubunun kubok qazanmaq şansı 80,00 əmsaldır. Bu, 24 klub arasında 22-ci göstəricidir. Yalnız “Makkabi” və “Randers” daha şanssızdır. “Lester”lə “Roma” isə turnirin favoritləridir. “Qarabağ”ın pley-offdakı rəqibi “Marsel” bu göstəricidə üçüncüdür.

“Roma” – 5,50
“Lester” – 5,50
“Marsel” – 6,00
“Renn” – 10,00
PSV – 10,00
“Feyenoord” – 14,00
“Bazel” – 20,00
“Fənərbaxça” – 25,00
“Alkmaar” – 25,00
LASK – 25,00
“Seltik” – 25,00
“Kopenhagen” – 26,00
“Sparta” – 28,00
“Gent” – 33,00
“Bodo Qlimt” – 33,00
“Vitess” – 33,00
“Rapid” – 33,00
“Midtulland” – 40,00
PAOK – 40,00
“Slaviya” – 50,00
“Partizan” – 66,00
“Qarabag” – 80,00
“Makkabi” Təl-Əviv – 125,00
“Randers” – 125,00