çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

Onun üçün tarix təkərrürlərlə davam edir

30.12.2021 11:56 Oxundu 489


Din Smit İngiltərə Premyer Liqasının tarixinə düşüb.
"CEMPİON.AZ"
xəbər verir ki, mütəxəssis eyni mövsümdə iki fərqli klubda ardıcıl 5 məğlubiyyət alan ilk baş məşqçidir. 
Smit mövsümün əvvəlində “Aston Villa” ilə uğursuzluq yaşayıb. O, Birminhem təmsilçisində 5 oyunluq məğlubiyyət seriyası ilə üzləşib. Mövsümün gedişində “Norviç”in sükanı arxasına keçən çalışdırıcı bu klubda da eyni seriyanı təkrarlayıb.