
İngiltərə kubokunun 1/32 finalında "Mançester Yunayted" "Aston Villa"nı 1:0 hesabı ilə məğlub edib. Görüş Mançesterdəki "Old Trafford" stadionunda baş tutub.
"CEMPİON.AZ" xəbər verir ki, görüşün səkkizinci dəqiqəsində yeganə qolu Skott MakTominay vurub. 51-ci dəqiqədə "Aston Villa"nın hücumçusu Denni İnqs video köməkçi hakimin (VAR) köməyi ilə meydandan qovulub - epizodda qolla oyundankənar vəziyyət qeydə alınıb. "Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo əzələləri zədələndiyi üçün meydana çıxmayıb. Turnirin 1/16 finalında “Mançester Yunayted” “Midlsbro” ilə qarşılaşacaq.
İngiltərə Kuboku 1871-ci ildən keçirilir və ən qədim futbol klubu yarışmasıdır. Qazanılan kubokların sayına görə rekord London Arsenalına məxsusdur (14). Turnirin hazırkı qalibi “Lester”dir.