cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

“Çelsi” itki ilə oyuna çıxır

14.01.2022 16:39 Oxundu 520

“Çelsi” İngiltərə Premyer Liqasının XXII turunda “Mançester Siti” önünə ciddi itki ilə çıxacaq. 
"CEMPİON.AZ"
xəbər verir ki, müdafiəçi Andreas Kristensen prinsipial matçı buraxacaq. Buna səbəb Danimarka millisinin üzvünün koronavirusa yoluxmasıdır. Baş məşqçi Tomas Tuxel təcrübəli futbolçunun testinin pozitiv çıxdığını açıqlayıb. Onunla yanaşı, Trevo Çaloba, Ris Ceyms və Ben Çiluell də qarşılaşmanı buraxacaq. 
Qeyd edək ki, sabah keçiriləcək “Mançester Siti” – “Çelsi” oyunu Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.