cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Lukakunun "İnter"dən "Çelsi"yə keçidi 2021-ci ilin ən bahalı transferidir

15.01.2022 10:36 Oxundu 408


Beynəlxalq Futbol Federasiyası (FİFA) belçikalı futbolçu Romelu Lukakunun İtaliyanın "İnter" klubundan İngiltərənin "Çelsi"sinə transferini 2021-ci ilin ən bahalı transferi adlandırıb. 
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti hesabat yayıb. Lukaku 2021-ci ilin avqustunda "Çelsi"yə keçib. Transferin məbləği 115 milyon avro olub. İkinci ən bahalı transfer ingilis hücumçu Ceydon Sançonun Almaniyanın "Borussiya"sından (Dortmund) İngiltərənin "Mançester Yunayted"inə 85 milyon avroya olub. Üçüncüsü isə Əşrəf Həkiminin transferi olub. O, "İnter"dən Fransa PSJ-sinə 60 milyon avroya keçib. 
Dünya üzrə transferlərin ümumi məbləği 4,86 ​​milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 13,6 faiz, 2019-cu ildəkindən 33.8 faiz azdır. FIFA ümumi transferlərin azalmasının səbəbini koronavirus pandemiyası ilə əlaqələndirib. 
FİFA-nın hesabatına görə, ümumilikdə 2021-ci ildə dünyada 54 min 739 transfer həyata keçirilib ki, bunun da 19 372-si peşəkar qadın və kişi futbolunda, 35 367-si isə həvəskar futbolda həyata keçirilib.