şənbə, 27 aprel 2024

DİGƏR NÖVLƏR

Azərbaycanlı Kanada millisinin baş məşqçisi oldu

26.01.2022 13:52 Oxundu 409


Azərbaycanlı məşqçi Elnur Qəmbərov Kanadanın yeniyetmələrdən ibarət futzal millisinin baş məşqçisi təyin edilib.

"CEMPİON.AZ" xəbər verir ki, bu haqda Kanada Futzal Assosiasiyasının Feysbuk səhifəsində məlumat yayılıb. 
Qeyd edək ki, bir neçə ildir Kanadada yaşayan E.Qəmbərov bir vaxtlar futzal üzrə Azərbaycan millisi və “Araz Naxçıvan” klubunun oyunçusu olub.