03.02.2022 18:38
628
628

Bakının “Keşlə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"CEMPİON.AZ" paytaxt təmsilçisinin saytına istinadla xəbər verir ki, klub ingiltərəli Natan Oduva ilə müqavilə imzalayıb.
İyirmi altı yaşlı hücumameylli yarımmüdafiəçinin sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, İngiltərənin “Tottenhem” klubunun yetirməsi olan Natan Oduva son olaraq İrlandiyanın “Dandolk” komandasında çıxış edib.