şənbə, 10 may 2025

BİZİM FUTBOL

"Sabah"da braziliyalı futbolçu

03.02.2022 19:39 Oxundu 492


"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Kristian da Silva Fil bundan sonra komandanın uğurları üçün çalışacaq. Braziliyalı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanıb.

"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən bildirir ki, Kristian karyerası ərzində Braziliyanın “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Braziliyalı futbolçunun son klubu Portuqaliya “Koimbra”sı olub.

Yeni transfer komandada 15 nömrəli formada çıxış edəcək.