cümə, 09 may 2025

DÜNYA FUTBOLU

Mustafa Dənizli "Beşiktaş"da çalışa bilər

22.02.2022 15:28 Oxundu 527


Türkiyənin tanınmış mütəxəssisi Mustafa Dənizli “Beşiktaş”a qayıdır.

"CEMPİON.AZ" xəbər verir ki, klub prezidenti Ahmet Nur Çebi onu idman direktoru vəzifəsinə gətirməyi düşünür.
Çebi mayda keçiriləcək prezident seçkilərində qalib gələrsə, əsas komandanın idarəçiliyini 72 yaşlı mütəxəssisə həvalə edəcək. Hətta yeni baş məşqçini də Dənizli özü seçəcək. Son olaraq yanvarda “Altay”dan ayrılan “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi də artıq rəhbər vəzifədə çalışmağa müsbət yanaşır.
Qeyd edək ki, Mustafa Dənizli Türkiyədə həm “Beşiktaş”, həm “Qalatasaray”, həm də “Fənərbaxça”ya çempionluq qazandırıb.