çərşənbə axşamı, 17 mart 2026

BİZİM FUTBOL

“Qarabağ” – “Marsel” matçına gələcək azarkeşləri sürpriz gözləyir

23.02.2022 17:15 Oxundu 874


Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Marsel” oyununa gələcək azarkeşləri sürpriz gözləyir.

"CEMPİON.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müğənnilər Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunacaq.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Marsel” matçı saat 21:45-də başlayacaq.