cümə, 09 may 2025

BİZİM FUTBOL

Murad Musayev təkzib etdi

05.03.2022 13:29 Oxundu 540


"Sabah" komandasının baş məşqçisi Murad Musayev Rusiya "Krasnodar"ının sükanı arxasına keçəcəyinə dair iddiaları təkzib edib.

"Sports.ru"ya açıqlamasında məşqçi deyib: "Krasnodar"ın mənim mümkün qayıdışımı nəzərdən keçirməsi barədə iddialar doğru deyil. Klub çətin vəziyyətə düşüb. Onlara  uğurlar arzulayıram".

Qeyd edək ki, Murad Musayev 2017 - 2021-ci illərdə "Krasnodar"ın baş məşqçisi olub. Bu komandanı bir neçə gün əvvəl almaniyalı Daniel Farke köməkçiləri ilə birlikdə tərk edib. Baş məşqçi səlahiyyətlərinin icrasını Aleksey Antonyuk yerinə yetirir. "Krasnodar" Premyer Liqada 18 oyundan 29 xalla 6-cı yerdə gedir.