çərşənbə axşamı, 17 mart 2026

DÜNYA FUTBOLU

Qaret Beyl: "Onlar öz sözlərindən utanmalıdırlar"

28.03.2022 13:32 Oxundu 633

Uels millisinin və “Real Madrid”in yarımmüdafiəçisi Qaret Beyl İspaniya mətbuatının futbolçunun çoxsaylı zədələrinə işarə edən tənqidlərinə münasibət bildirib.
"Mənim kiməsə cavab verməyimə ehtiyac yoxdur. Heç nə deməyimə ehtiyac yoxdur, bu, vaxt itkisi olardı. Onların hücumları iyrəncdir. Onlar öz sözlərindən utanmalıdırlar", - “Sky Sport” Beylin sözlərindən sitat gətirib.