çərşənbə axşamı, 17 mart 2026

DÜNYA FUTBOLU

Püşkatmada dünya ulduzları iştirak edəcək

31.03.2022 16:35 Oxundu 649

FİFA dünya çempionatının püşkatma mərasimində iştirak edəcək futbol əfsanələrinin adlarını açıqlayıb.
FİFA-nın rəsmi saytı xəbər verir ki, futbol üzrə dünya çempionları alman Lotar Matteus və braziliyalı Kafu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final hissəsinin püşkatmasında iştirak edəcəklər. Mərasimin iştirakçıları arasında milli komandaların qol sayına görə keçmiş rekordçusu iranlı Əli Daei, olimpiya çempionu nigeriyalı Cey-Cey Okoça və Avstraliya milli komandasının keçmiş futbolçusu Tim Kehill də var.