bazar ertəsi, 16 mart 2026

DÜNYA FUTBOLU

Bruno Fernandes avtomobil qəzasına düşüb

18.04.2022 15:22 Oxundu 835
 
"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes bazar ertəsi səhər qəzaya düşüb, amma ciddi zədə almayıb.
Bu barədə “Evening Standard” xəbər verir.
Mənbənin bildirdiyinə görə, hadisə zamanı “Porsche” markalı avtomobili Fernandes özü  idarə edib. Qəza iştirakçılarından heç biri ciddi xəsarət almayıb.