cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Elmar Baxşıyev: “Ümid edirəm ki, azarkeşlərimizi sevindirəcəyik"

09.05.2022 23:18 Oxundu 526


"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra oyunn haqqında fikirlərini bölüşüb:

"Oyunun əhəmiyyətini dərk edirdik. Bilirdik ki, çətin görüş olacaq. "Neftçi"yə qarşı oynamaq hər zaman çətindir. Rəqibin xüsusi təqdimata ehtiyacı yoxdur. Komandam tapşırıqları maksimum yerinə yetirdi və layiqli qələbə qazandı. Çoxlu qol epizodları yaratdıq. Qol epizodlarını yaratmaq böyük güc tələb edir. Komandam daha yaxşısını etməyə qadirdir. Qarşıda iki finala bərabər oyunumuz var. Bu matçlarda maksimum nəticə qazanmağa çalışacağıq. Fanatlarımız möhtəşəm idilər. Sonadək dəstək olsunlar. Ümid edirəm ki, onları sevindirəcəyik".

O, gənc hücumçu Emil Səfərovun çıxışına da tounub: "Kimisə fərqləndirməzdim. Emil də komandanın üzvüdür. Üzərinə düşəni etməyə borcludur. Heyətimizdə ondan da dəyərli futbolçular var ki, zədəli olduqları halda meydanda can qoyurlar. Xüsusilə Urfan Abbasovu qeyd edərdim. Bu zədə ilə kimsə oynamazdı. Amma o, 90 dəqiqə meydanda oldu".