cümə, 20 may 2022

DÜNYA FUTBOLU

Çin Asiya Kubokuna ev sahibliyi etməkdən imtina edib

14.05.2022 12:12 Oxundu 201
 
Çin ölkədəki ağır epidemioloji vəziyyətə görə 2023-cü ildə Asiya Kubokuna ev sahibliyi etməyəcək. Bu barədə təşkilat komitəsinin Weibo sosial şəbəkəsindəki bəyanatında deyilir.
"Əslində futbol üzrə Asiya Kuboku 2023-cü il iyunun 16-dan iyulun 16-dək Çində keçirilməli idi. Pandemiyadan əziyyət çəkən Çin Təşkilat Komitəsi indi öz üzərinə öhdəlik götürmək və gələn il Asiya Kubokunun keçirilməsini təşkil etməkdə çətinlik çəkir. Asiya Futbol Konfederasiyası (AFC), Çin Futbol Assosiasiyası və Asiya Kuboku 2023-ün təşkilat komitəsinin birgə iclasından sonra turnirin başqa yerdə keçirilməsi qərara alınıb. Asiya kubokuna hazırlığa verdiyi dəstəyə görə AFC-yə, ev sahibliyi edən şəhərlərə və bütün cəmiyyətə dərin təşəkkürümüzü bildirmək istərdik”, - təşkilat komitəsinin bəyanatında deyilir.