şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Ayntraxt" Avropa Liqasının qalibi oldu

19.05.2022 02:43 Oxundu 492
 
UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Turnirin final oyununda Şotlandiyanın "Reyncers" və  Almaniyanın "Ayntraxt" komandaları qarşılaşıblar.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı oyunun 57-ci dəqiqəində Qlazqolu Co Aribo açıb. 69-cu dəqiqədə isə Rafael Borre tarazlığı bərpa edib. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan "Ayntraxt" Avropa Liqasının qalibi olub.
11 metrlik cərimə zərbələri zamanı Almaniya təmsilçisindən Kristofer Lents, Aydin Xrustiç, Dayçi Kamada, Filip Kostiç və Rafael Borre, Şotlandiya klubundan isə Ceyms Tavernye, Stiven Devis, Skott Arfild və Kemar Ruf qapıçılara şans verməyiblər. Yeganə qeyri-dəqiq penaltinin müəllifi Aaron Remsi olub. Onun vurduğu zərbəni qapıçı ayağı ilə dəf edib
UEFA Avropa Liqası
Final
18 may
23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:1 (ƏLAVƏ VAXTDA - 0:0, PENALTİLƏRLƏ - 5:4)
Qollar: Rafael Borre, 69 - Co Aribo, 57
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.