şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Ceyms Tavernier: "Biz sadəcə finalda qalib gələ bilmədik"

19.05.2022 13:23 Oxundu 416

"Reyncers"in kapitanı Ceyms Tavernier Avropa Liqasının finalında "Ayntraxt"a uduzduqdan sonra (1:1, penaltilərlə 4:5) komanda yoldaşlarının hər biri ilə fəxr etdiyini bildirib.
"Mən hər bir oyunçumuzla və turniri necə oynadığımızla fəxr edirəm, bizə fantastik dəstək verən hər bir azarkeşlə fəxr edirəm. Sadəcə, finalda qalib gələ bilmədik. Çox məyus olduq", - UEFA rəsmi saytı oyunçudan sitat gətirir.