şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Sebastian Rode: "Biz həqiqətən buna layiqik"

19.05.2022 13:34 Oxundu 428
 
"Ayntraxt Frankfurt"un kapitanı Sebastian Rode Avropa Liqasının finalında “Reyncers” üzərində qələbə qazandıqdan sonra (1:1; pen. 5-4) komandanın uzun bir yol keçdiyini və uğura layiq olduğunu söylədi.
"Bu komanda inanılmazdır. Biz hamımız bu uğura layiqik və hədsiz sevinc hissi keçiririk. Mövsüm boyu olduğu kimi, bu gecə də azarkeşlərin dəstəyi çılğın oldu. Kuboka qədər keçilən yol çətin oldu, sonda zəhmətimizin bəhrəsini gördük. Biz buna həqiqətən layiq idik”, - UEFA rəsmi saytı futbolçunun sözlərindən sitat gətirir.