şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Kevin Trapp: "Mən matçın qəhrəmanı deyiləm"

19.05.2022 13:54 Oxundu 429

“Ayntraxt Frankfurt”un qapıçısı Kevin Trapp Avropa Liqasının finalında “Reyncers” üzərində qələbədən (1:1; pen. 5:4) sonra deyib ki, xoşbəxtliyindən hələ də özünə gələ bilmir.
"İnanılmaz hiss. Hələ də nəfəsimi ala bilmirəm. Düşünürəm ki, bu, bizim üçün, Frankfurt üçün, bölgəmiz üçün və bütün Almaniya üçün heyrətamiz bir andır. Çox gözəl oldu ki, azarkeşlərə təşəkkür borcumuzu qaytara bildik.
Biz bunu bacaracağımıza inanırdıq, amma çox cəhd etməli olduq. Biz təslim olmağı düşünmədik və inamımızı itirmədik. Bu, karyeramızın ən inanılmaz təcrübəsidir. Mən matçın qəhrəmanı deyiləm. Qəhrəman bütün komandamızdır. Bu, bir nəfərin qələbəsi deyil, bütün komandanın qələbəsidir”, - UEFA-nın rəsmi saytı futbolçudan sitat gətirir.