cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Obameyanq milli karyerasını başa vurdu

19.05.2022 14:12 Oxundu 402

"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq Qabon millisindəki karyerasını başa vurduğunu açıqlayıb:
"Ölkəmi 13 il təmsil etdikdən sonra milli komandadan ayrıldığımı elan edirəm. Qabon xalqına və sevinc və kədərdə mənə dəstək olan bütün insanlara təşəkkür etmək istəyirəm",- Sport.es Obameyanqdan sitat gətirir.
Qeyd edək ki, 63 matçda 29 qol vuran 33 yaşlı futbolçu Qabon milli komandasının bütün tarixlər üzrə bombardiridir.