21.05.2022 14:00
                
  736
            
            
            
  736
            
Alvaro Morata mövsümün sonunda "Yuventus"u tərk edəcək. İspan müqavilə ilə bağlı olduğu “Atletiko Madrid”ə qayıdacaq.
Bu barədə "Marka" nəşri məlumat verir.
Mənbənin məlumatına görə, Turin klubu 29 yaşlı futbolçuya onu “Atletiko”dan almayacağını bildirib. Daha əvvəl 35 milyon avro ödəyəcəyi təqdirdə Moratanın "Yuventus"da qalacağı, futbolçunun da buna razı olduğu bildirilmişdi. Lakin bu məbləğ "Qoca sinyora" üçün həddindən artıq çoxdur.
Morata bu mövsüm "Yuventus"un heyətində 48 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.