cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

La Liqa prezidenti: "Levandovskini "Barselona"da görmürəm”

21.05.2022 14:13 Oxundu 588
 
La Liqanın prezidenti Xavyer Tebas "Barselona"nın "Bavariya"nın hücumçusu Robert Levandovskini transfer edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Rəqəmlər çox sadədir, siz son iki ildə 500 milyon avro itirmisiniz, oyunçularla müqavilə bağlamaq üçün bunu bərpa etməlisiniz. Levandovskinin "Bavariya" ilə müqaviləsinin bitməsinə bir il qalıb. Onun maaş tələblərini və alman klubunun futbolçuya qoyduöu transfer qiymətini nəzərə alsaq, mən onu “Barselona”da görmürəm”, – “Marka” Tebasdan sitat gətirir.