çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Tomas Tuxel: "Bilirəm ki, Kepa vəziyyətdən narazıdır"

21.05.2022 14:30 Oxundu 541
 
"Çelsi"nin baş məşqçisi Tomas Tuxel qapıçı Kepa Arrizabalaqanın komandada qalıb-qalmayacağı haqda məlumatı olmadığını bildirib:
- Bu, onun nə istədiyindən, planlarından asılıdır. Mən komandamızda Mendi və Kepa kimi qapıçıların olmasından şərəf duyuram, amma onu da dəqiq bilirəm ki, Kepa vəziyyətdən narazıdır, çünki o, daha çox oyunda heyətdə olmağa layiqdir və o, güclü əsas qapıçı ola bilər. Kepa komandaya əsas qapıçı kimi gəlib, ona görə də vəziyyət asan deyil. O, ilk gündən fantastik komanda oyunçusu olub və heç kimi heç vaxt ruhdan salmayıb. Onunla hələ danışmamışıq, amma bilirəm ki, qapıçı məşqçiləri hazırda bu söhbətləri aparır. Mən də onunla söhbət etmək və nəyin ən yaxşı və hansı imkanların olması barədə danışıqlar aparmağa tələsmirəm. Bir məşqçi kimi, əlbəttə ki, heyətimdə iki güclü qapıçımın olduğu üçün çox şadam, ona görə də vəziyyətə baxacağıq”, - deyə klubun mətbuat xidməti Tuxeldən sitat gətirir.