cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Pep Qvardiola: “Premyer Liqanı qazanmaq Çempionlar Liqasından daha çətindir”

21.05.2022 14:40 Oxundu 490

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola hesab edir ki, Premyer Liqada qalib gəlmək Çempionlar Liqasını qazanmaqdan daha çətindir.
- Premyer Liqanı qazanmaq Çempionlar Liqasından daha çətindir. Çoxlu turlar, çoxlu oyunlar, zədələrə nəzarət, müxtəlif vəziyyətlər. Son illərdə Premyer Liqanın qalibi olmaq uğurdur. İngiltərə kubokunda olduğu kimi bu, sadəcə bir matç deyil, burada sabitlik lazımdır. Mən demirəm ki, Çempionlar Liqası vacib deyil. Finalda olmaq istərdik. Amma fərq var, 38 turdan və ya 6-7 oyundan sonra qalib gəlmək. Bu gözəldir. Biz buna çox yaxınıq, - BBC Qvardioladan sitat gətirir.