cümə, 26 aprel 2024

ŞAHMAT

Rəcəbov ilk qələbəsini qazandı

28.06.2022 13:37 Oxundu 577


Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirinin IX turunda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan 35 yaşlı qrossmeyster 41-ci gedişdə rəqibi təslim olmağa məcbur edib. Bu qələbə ilə Rəcəbov həm də Nakamuradan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. 9 turdan sonra onun aktivində 4 xal var.