cümə axşamı, 02 may 2024

DÜNYA FUTBOLU

ÇL finalının təşkilatçıları üzr istəyib

28.06.2022 14:06 Oxundu 468

Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Çempionlar Liqasının finalının pis təşkilinə görə üzr istəyib.
“İspaniyanın “Real”ı ilə İngiltərənin “Liverpul” komandaları arasında Çempionlar Liqasının final matçının təşkilatçıları bu tədbirin keçirilməsinə daha yaxşı yanaşmalı idi”.
Bu sözləri Fransanın daxili işlər naziri Cerald Darmanen RTL radiosunun efirində deyib.
"Stad de Fransdakı matç daha yaxşı təşkil olunmalı idi? Bəli. Baş verənlərə görə məsuliyyətdə mənim də payım var. Bu pis təşkilatçılıqdan əziyyət çəkən hər kəsdən üzr istəyirəm", - Darmanen deyib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, finaldan əvvəl və yarış zamanı idman arenasında və fan zonalarında müxtəlif hüquq pozuntularına yol vermiş 100-dən çox şəxs saxlanılıb. Stadionun kənarında azarkeşlərlə toqquşma zamanı 7 polis əməkdaşı yaralanıb.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) iğtişaşlardan zərər çəkmiş azarkeşlərdən üzr istəyib. UEFA finalın təşkilində nöqsanları müəyyən etmək və düzgün olmayan qərarlara görə məsuliyyət daşıyanları müəyyən etmək üçün müstəqil baxış keçirib.
Xatırladaq ki, "Real Madrid" Çempionlar Liqasının finalında "Liverpul"u 1:0 hesabı ilə məğlub edərək tarixində 14-cü dəfə turnirin qalibi olub. Qarşılaşmanın başlaması təhlükəsizlik baxımından 37 dəqiqə gecikib.
İlkin olaraq Çempionlar Liqasının finalı Sankt-Peterburqda keçirilməli idi. UEFA fevralın 25-də Ukraynadakı vəziyyətə görə matçın Parisdə keçirilməsi barədə qərar qəbul etdi.