cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ” – “Lex” oyunun hakimləri bəlli oldu

28.06.2022 14:38 Oxundu 461

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Lex” (Polşa) oyununa təyinatlar açıqlanıb. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək:
 
“Qarabağ” – “Lex” (Polşa)
12 iyul. Tofiq Bəhranov adına respublika stadionu. Saat 20:00
Baş hakim: Endryu Medli
Baş hakimin köməkçiləri: Daniel Kuk, Harri Lennard
Dördüncü hakim: Simon Huper