cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

CAS “ədalətini” nümayış etdirir

05.08.2022 15:49 Oxundu 437

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

Bu barədə N.İbrahimovun vəkili Fərid Haqverdiyev özünün sosial şəbəkə hesabında yazıb. O, CAS-ın müraciət üzrə cavabı sentyabrın 11-dək uzatdığını bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin qərarın açıqlanması dəfələrlə təxirə salınıb.

Xatırladaq ki, məlum qərarı UEFA qısa bir zamanda, araşdırma aparmadan qəbul etmişdi. CAS isə araşdırılmadan verilən qərarın araşıdırılmasını təxminən bir ildir ki, başa çatdıra bilmir. Əslində bu araşdırma üçün bir neçə gün kifayət edər. CAS bu məsələni sürdürməçiliyə salmaqla insan taleyinə nə qədər biganə olduğunu göstərir. Başqa sözlə desək, bu süründürməçiliklə CAS “ədalətini” nümayış etdirir.