çərşənbə, 05 oktyabr 2022

DİGƏR NÖVLƏR

Cüdoçularımız ikinci yerə çıxdılar

17.09.2022 22:16 Oxundu 194


Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında medal sıralamasında birinci olub.

Komanda yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medala sahib çıxıb.

Azərbaycan yığması ümumi komanda hesabında isə ikinci yerlə kifayətlənib.

Sentyabrın 18-də qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq. (“Report”)