cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

İqor Korneev: "Holand təmiz top qatilidir"

20.09.2022 14:37 Oxundu 456

Rusiyalı baş məşqçi İqor Korneev “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın oyununa heyran olduğunu bildirib.
- Mənim üçün onun unikal qol instinkti var. Baxırsan ki,  matçda heç görünmür, sonra lazım olan yerdə peyda olur. Bu mövsüm biz onun şedevr qollarını görürük, o, hər şeyi o qədər sadə edir ki, hətta mən Romarionu xatırlamalı oluram. Onunla müsahibəni oxudum, deyir ki, topa beş dəfə toxunmağı və beş qol vurmağı xəyal edir... Bu, unikal bir şeydir. Holand təmiz top qatilidir. O, snayper kimi oturur, sonra bir dəfə tətiyi çəkir və  hər şey hazırdır ", - Korneev “Match TV” kanalındakı “Total Football” proqramının efirində deyib.
Bu mövsüm 22 yaşlı norveçli futbolçu "şəhərlilər"in heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 14 qol vurub və 1 məhsuldar ötürmə edib.