çərşənbə, 05 oktyabr 2022

DÜNYA FUTBOLU

Fabio Kapello: "İngiltərə millisi payızda möhtəşəm olur"

20.09.2022 15:01 Oxundu 192
 
İngiltərə millisinin keçmiş baş məşqçisi Fabio Kapello bildirib ki, britaniyalılar payızda çox güclü olurlar.
- Qətərdəki dünya çempionatında kimin qalib gələcəyini görmək mənə çox maraqlıdır. İngiltərənin keçmiş baş məşqçisi kimi  deyə bilərəm ki, sentyabr, oktyabr və noyabr aylarında biz dünyanın ən yaxşı komandaları ilə qarşılaşmağa hazır idik. Mart və aprel aylarında fiziki səviyyə aşağı düşürdü, iyunda isə bizim üçün çox çətin olurdu. İngiltərə millisi payızdam öhtəşəm olur. Bu mənim şəxsi nəzəriyyəmdir. Mən nəzəriyyəmi yoxlamaq istəyirəm ki, İngiltərə ilin bu vaxtında möhtəşəm olur. Hazırda istedadlı oyunçulara və yüksək səviyyəli məşqçiyə malik olmaqla yanaşı, onlar həqiqətən də rəqabət apara və Dünya Kubokunu qazana bilərlər. Görək bu nəzəriyyə təsdiqini tapacaqmı?- “Sky Sports” Kapellodan sitat gətirir.