çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Tovuz qarşılaşmasında qonaqlar qalib gəldi

01.10.2022 21:40 Oxundu 461


Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib. "Turan Tovuz" "Zirə"ni qəbul edib.

Qarşılaşmada “Zirə” qalib gəlib - 3:1.

Görüşdə hesabı meydan sahibləri açıb. 26-cı dəqiqədə Natan Oduvanın zərbəsi müdafiəçinin başına dəyərək trayektoriyasını cüzi dəyişib və tor daxil olub. "Zirə"nin qollarını 33-cü dəqiqədə Coşqun Diniyev, 40-cı və 47-ci dəqiqələrdə Hamidu Keyta vurub.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "qartallar" 5-ci pilləyə yüksəlib. Tovuz klubu 10 xalla 6-cı sırada qərarlaşıb.