cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ” itkisiz irəliləyir

01.10.2022 21:44 Oxundu 557


Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

"Qarabağ" "Azersun Arena"da "Neftçi"ni qəbul edib.

Qarşılaşma "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Eddi İsrafilov başla fərqlənərək qonaqları önə keçirib. İlk hissə "ağ-qaralar"ın üstünlüyü ilə başa çatıb. İkinci yarıya Ağdam təmsilçisi daha fəal başlayıb. 56-cı dəqiqədə Kadi Borges hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Abdullah Zubir qonaqları növbəti dəfə mərkəzə dəvət edib. 74-cü dəqiqədə isə Kvabena Ovusu üçüncü qolu vurub.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Qarabağ" vahid lider olub. "Neftçi" 18 xalla ikinci sırada qərarlaşıb. Son ölkə çempionu rəqibindən bir oyun az keçirib.