şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Karlo Ançelotti: " Çox yaxşı seriyamız başa çatdı"

03.10.2022 16:54 Oxundu 523
 
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 7-ci turunda "Osasuna" ilə oyunun (1:1) gedişini şərh edib.
- Bizim üçün ən yaxşı gün olmasa da, qələbəyə layiq idik. Penaltini bu dəfə başqa oyunçuya həvalə eləmək istəyirdim. Amma Benzema keçən mövsüm iki vacib penalti reallaşdırmışdı, o, komandanın ən yaxşı penalti oyunçusudur. Ona görə dəyişmədim. Bizim heç bir bəhanəmiz yoxdur. Heyətimiz çox yaxşıdı. Oyun istədiyimiz kimi getmədi. Baxmayaraq ki, penaltidən qol vursaydıq, yenə də qalib gələ bilərdik. Bununla belə, komanda yaxşı oynadı. Çempionat zamanı belə qarşılaşmalar olur. Çox yaxşı seriyamız başa çatdı, indi başqa bir uğurlu seriya yxalamaq istəyirik. “Real” qalib gəlməyəndə heç vaxt xoşbəxt olmur. Heç-heçə bizi məyus edir, amma biz buna reaksiya verəcəyik, - “Marka” Ançelottidən sitat gətirir.