cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"Old Trafford"dan Ronaldonun şəkli götürülüb

17.11.2022 17:30 Oxundu 461

"Mançester Yunayted"in ev stadionu olan "Old Trafford"da hücumçu Kriştiano Ronaldonun təsviri olan plakat yığışdırılıb. Bu, Ronaldonun hazırkı klubunu sərt tənqid etdiyi, həmçinin komandanın baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini dediyi qalmaqallı müsahibədən az sonra baş verib. Bundan əvvəl stadionun fasadında “qırmızı şeytanlar”da 7-ci nömrə altında çıxış edən klubun əfsanəvi futbolçularının: Ronaldo, Devid Bekhem, Erik Kanton və digər oyunçuların qrup şəkli vurulmuşdu.