cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

DÇ-2022-nin təşkilatçıları Danimarka telekanalından üzr istəyib

17.11.2022 17:42 Oxundu 433
 
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının təşkilatçıları Doha küçəsində canlı yayımı kəsilən Danimarkanın TV2 telekanalından üzr istəyiblər.
Çərşənbə axşamı axşam TV2 telekanalının jurnalisti Rasmus Tantoldt Qətərin paytaxtından canlı reportaj hazırlayarkən, üç nəfər elektrik avtomobili ilə onun yanına gələrək çəkilişləri dayandırmağı tələb ediblər. Təşkilatçıların sözlərinə görə, TV2-nin yayımı “səhvən kəsilib”.
"Çəkiliş qrupunun etibarlı akkreditasiyasını və çəkiliş icazəsini yoxladıqdan sonra, onların fəaliyyətinin bərpa edilməsinə icazə verilib və çəkilişin bərpasından əvvəl ərazidə olan təhlükəsizlik işçiləri yayımçıdan üzr istəyiblər", - RİA Novosti təşkilatçılara istinadən bildirir.