cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Levandovski 3, Pike isə 4 oyunluq cəzalandırılıb

17.11.2022 17:52 Oxundu 406

“Cempion.az”ın İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, İntizam Komitəsi La Liqanın 14-cü turun "Osasuna" - "Barselona" (1:2) matçında kənarlaşdırılmalarla bağlı hökm çıxarıb. “Barselona”nın polşalı hücumçusu Robert Levandovski İspaniya çempionatında 3 oyunluq cəzalanıb. Futbolçu ikinci sarı vərəqəyə görə meydandan qovulsa da, meydanı tərk edərkən müəyyən jest göstərib, sonradan bu, hakimə qarşı hörmətsizlik kimi qiymətləndirilib. Komitə futbolçunun bir oyunluq diskvalifikasiyasını qüvvədə saxlayıb, həmçinin Levandovskiyə “matç rəsmilərinə qarşı hörmətsiz münasibət”ə görə daha iki oyunluq cəza tətbiq edib.
“Barselona”nın mərkəz müdafiəçisi Xerard Pike tribunanın altındakı otaqda öz qəzəbini hakimə kobud şəkildə bildirib və buna görə ondan birbaşa qırmızı vərəqə alıb. Karyerasını bitirdiyini açıqlayan Pike 4 oyunluq cəzalanıb.