cümə, 29 mart 2024

BİZİM FUTBOL

Azərbaycan millisinin ardıcıl 5-ci qələbəsi

21.11.2022 00:17 Oxundu 404

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Millimiz səfərdə Şimali Makedoniya ilə qarşılaşıb. Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılan görüş komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda ilk təhlükəli vəziyyəti 5-ci dəqiqədə meydan sahibləri yaradıblar. Amma Elif Elmasın zərbəsində dəqiqlik çatmayıb. Bundan sonra futbolçularımız təşəbbüsə yiyəlnməyə çalışıblar. Komandamız təhlükli hücumlar qursalar da həlledici zərbələr dəqiq olmayıb.  25-ci dəqiqədə isə meydan sahibləri hesab açılıblar. Aleksey İsayevin səhlənkar davranışından  sonra təyin olunan şübhəli penaltini dəqiq yerinə yetirən Enis Bardi Şimali Makedoniyanı önə çıxarıb. Meydan sahiblərinin qol sevinci 13 dəqiqə çəkib. 38-ci dəqiqədə Elvin Cəfərquliyev hücumu məntiqi sonluqla başa çatdırıb. 22 yaşlı müdafiəçi yığmadakı 8-ci oyununda ilk qolunu vurub.
İkinci yarıya daha fəal başlayan Azərbaycan millisi 49-cu dəqiqədə 2-ci qola yaxın olub. Cəfərquqilyevin dublu  reallaşdıra bilməyib. 52-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Boban Nikolov ikinci sarı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən yığma 65-ci dəqiqədə Musa Qurbanlının qolu ilə hesabı öz xeyrinə dəyişib. Bu, 20 yaşlı hücumçunun millidə ilk qolu olub.
75-ci dəqiqədə Höccət Haqverdi birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib. Lakin bu da komandamızın oyun stilinin dəyişməsiə səbəb olmayıb.  Matçda son nöqtəni isə Şeydayev qoyub. O, 89-cu dəqiqədə Azər Salahlanın ötürdüyü topu başla qapıdan keçirib.
Beləliklə, Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb.