cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Argentina millisi və FİFA Maradonanın xatirəsini yad edib

26.11.2022 12:07 Oxundu 475
 
Argentina milli futbol komandası və Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbərliyi Qətərdə keçirilən dünya çempionatı çərçivəsində Dieqo Maradonanın xatirəsini ehtiramla yad ediblər, Associated Press xəbər verir.
FİFA prezidenti Canni İnfantino Qətərdə keçirilən tədbirdə Maradona heykəlinin qarşısında deyib: "Dieqo ölməzdir, o hələ də bizimlədir. Ola bilsin ki, hələ heç kim insanlarda idman sevgisi aşılamaq üçün onun etdiyi qədər iş görməyib”.
 İnfantino əmin edib ki, növbəti dünya çempionatında bir gün dahi futbolçunun xatirəsini ehtiramla yad etməyə həsr olunacaq.
Meksika ilə həlledici oyun ərəfəsində Argentina yığmasının baş məşqçisi Lionel Skaloni “Göydən bizə baxsa, Maradonanın sevinəcəyinə” ümid etdiyini bildirib.
Hücumçu Lionel Messi Qətərdəki turnirdən əvvəl tribunada Maradonanı və o görünəndə dəli olanları görməməyin onun üçün qeyri-adi olacağını bildirib.
Agentliyin məlumatına görə, cümə günü bir neçə min argentinalı azarkeş futbol əfsanəsini yad etmək və milli komandaya dəstək nümayiş etdirmək üçün Dohaya toplaşıb.