cümə, 19 aprel 2024

DÇ-2022

FİFA: “Ronaldo səhv təyin olunan penalti ilə rekord vurub”

26.11.2022 19:35 Oxundu 438
 
FİFA Hakimlər Komitəsi Portuqaliya - Qana (3:2) matçının amerikalı hakimi İsmayıl Elfətin  afrikalıların qapısına təyin etdiyi penaltinin səhv qərar olduğunu bildirib.
Xatırladaq ki, Kriştianu Ronaldo həmin penaltini reallaşdırmaqla beş dünya çempionatında qol vuran yeganə futbolçu ünvanına sahib olub.
İngiltərə - İran matçının braziliyalı referisi Rafael Klaus da ikinci hissəyə əlavə olunan on dəqiqəyə görə tənqid olunub.  Doğrudur, o, hesab 6-1 olduğu  halda oyuna bu qədər vaxt əlavə etməklə FİFA-nın yeni tələblərinə əməl edib, amma hərfi hərfinə. Hakimlər komitəsindən ilk hissədə iranlı qolkiperin uzun müddət müayinə olunmasına baxmayaraq, matça ümumilikdə 27 dəqiqə əlavə olunmasının anlaşılmaz olduğunu bildiriblər.