şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Vlastimil Petrjela: “Rusiya yaxın 50 ildə dünya çempionu ola bilməyəcək”

30.11.2022 01:17 Oxundu 514
 
"Neftçi"in sabiq baş məşqçisi Vlastimil Petrjela hazırda beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırılan Rusiya millisinin perspektivləri ilə bağlı fikirlərini bildirib.
“Rusiya komandası qarşıdakı 50 ildə Dünya Kubokunu qazana bilməyəcək.Böyük turnirdə qalib gəlmək üçün əvvəlcə gənc oyunçuların inkişafı üçün sistem qurmaq lazımdır, sonra sistemin bəhrəsini verməyə başladığı anı gözləmək lazımdır.
Rusiyada kütləvi və uşaq futbolu çox zəif inkişaf edib. Sıfırdan bir sistemi qurmaq üçün 10 il, daha sonra oyunçuların bu sistemdən çıxması üçün daha 20-30 il lazımdır. İndi isə Rusiya ümumilikdə dünya futbolundan təcrid olunub ki, bu da vəziyyəti çətinləşdirir”, - Petrjela Sport24-ə deyib.