cümə, 29 mart 2024

DÇ-2022

Aleksandr Səmədov: "Düşünürəm ki, Argentina istədiyi nəticəni qazana biləcək"

30.11.2022 23:03 Oxundu 472
 
Rusiya millisinin heyətində 56 oyun keçirən və bu oyunlarda 7 qol vuran Azərbaycan əsilli rusiyalı sabiq yarımmüdafiəçi Aleksandr Səmədov DÇ-2022-nin C qrupunda 3-cü turun oyunlarından gözləntilərini açıqlayıb.
"Ən çox Argentina - Polşa matçını səbirsizliklə gözləyirəm, çox maraqlıdır. Argentina istədiyi nəticəni əldə edib qrupdan çıxa biləcəkmi? Məncə, bacaracaqlar. Təkcə Messinin hesabına yox. Onların güclü komandası, fərdi güclü oyunçuları var. Messi bonus kimidir. Bəli, o, Meksika ilə oyunda göstərdi ki, prinsipcə, bütün matçın taleyini həll edə bilər. Amma bu oyunda Di Mariya da, istənilən digər oyunçu da matçın taleyini həll edə bilər”, - Səmədov “Gazeta.ru”ya deyib.
“Spartak”, “Lokomotiv”, “Moskva”, “Dinamo” və “Krılya Sovetov”un sabiq futbolçusu Meksika və Səudiyyə Ərəbistanının da pley-off uğrunda mübarizə aparacağı bu kvartetdə daha bir oyunu dəyərləndirib.
"Meksikalılar mənim üçün favoritdir, amma səudiyyəlilər də əladır. İkinci oyunda, hətta polyaklara qarşı penalti qola çevirə bisəydilər... Amma hər halda, yüksək keyfiyyətdə oyun oldu. Onlar əladır", - Səmədov bildirib. .